İdman
DÇ-2026-nın finalında yenilik olacaq: Bu, Yer üzündə ən böyük...
2026-cı il dünya çempionatında ilk dəfə final matçının fasiləsində şou proqram təşkil olunacaq.
Publika.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino Vaşinqtonda keçirilən Semafor Dünya İqtisadiyyat Sammitində çıxışı zamanı deyib. O bildirib ki, Britaniyanın “Coldplay” qrupu və onun solisti Kris Martin bu şounun hazırlanmasında iştirak edir:
“Tarixdə ilk dəfə dünya çempionatının finalı zamanı fasilədə şou olacaq. Final 19 iyulda Nyu-Cersidə keçiriləcək.
Hazırda hansı ifaçıların çıxış edəcəyini açıqlaya bilmərəm, amma bir neçə sənətçi olacaq. Bu, Yer üzündə ən böyük şou olacaq – möhtəşəm”.
2026-cı il dünya çempionatının finalı ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda baş tutacaq.
Heybət
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü













.jpg)



















