İdman
Tarixi qələbəni "McDonald’s"da onlarla qeyd etdi - VİDEO
Fransanın “Strasburq” klubu avrokuboklarda turun ən parlaq kambeklərindən birinə imza atıb.
Publika.az xəbər verir ki, Komanda “Maynts”ı 4:0 hesabı ilə məğlub edərək iki oyunun cəminə görə nəticəni 4:2-yə çevirib və Konfrans Liqasında yarımfinala yüksəlib. Bu komandanın tarixində avrokubokardakı ən böyük uğur olub.
Lakin final fitindən sonra əsas müzakirə mövzusu yalnız nəticə deyil, həm də baş məşqçi Qari O’Nilin davranışı olub. O, qələbəni olduqca qeyri-adi şəkildə qeyd edib.
Ənənəvi olaraq paltardəyişmə otağında bayram etmək əvəzinə, mütəxəssis gözlənilmədən "McDonald’s"a yollanıb. Orada komandanın azarkeşləri toplaşıb və məşqçi birbaşa fanatların arasına qarışaraq qələbə sevincini onlarla bölüşüb.
O’Nil azarkeşlərlə sərbəst ünsiyyət qurub, şəkillər çəkdirib, zarafat edib və emosiyaları birlikdə yaşayıb. Bu səhnə müasir futbolda nadir hallarda rast gəlinən görüntülərdən biri kimi yadda qalıb.
Heybət
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
































