İdman
Vəfat edən əfsanəvi hakimdən ailəsinə bu qədər sərvət qaldı
İngiltərə Premyer Liqasının sabiq hakimi Uriya Renni 65 yaşında vəfat etdikdən sonra ailəsinə təxminən 1,3 milyon funt sterlinq miras qoyub.
Publika.az xəbər verir ki, çempionatın ilk qaradərili referisi 2025-ci ilin iyun ayında xərçənglə mübarizədən sonra dünyasını dəyişib. O, vəsiyyətnamə qoymadığı üçün əmlakı həyat yoldaşına və iki övladına qalacaq.
Renni hakimlik fəaliyyətinə 1994-cü ildə başlayıb. O, ümumilikdə 300-dən çox oyunu idarə edib, bunlardan 175-i Premyer Liqanın payına düşür. 1997-ci ildə isə tarixə düşərək liqanın ilk qaradərili hakimi olub.
Karyerasını başa vurduqdan sonra o, bərabərlik, inklüzivlik və psixi sağlamlıq sahəsində fəaliyyət göstərib. Ölümündən az əvvəl isə Şeffild Hallam Universitetinin kansleri vəzifəsini icra edirdi.
2025-ci ildə Renni nadir xəstəlikdən əziyyət çəkdiyini və bunun nəticəsində beldən aşağı iflic olduğunu açıqlamışdı.
Onun vəfatından sonra Renni haqqında çoxsaylı hörmət dolu fikirlər səsləndirilib. O, pioner və görkəmli hakim kimi xarakterizə olunub.
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
































