İdman
"Çelsi" azarkeşləri ayağa qalxdı: Acgözlər, klubumuzdan gedin!
500-dən çox “Çelsi” azarkeşi İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Yunayted”lə oyun öncəsi klub rəhbərliyinə qarşı etiraz aksiyası keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Yahoo Sports” məlumat yayıb.
Aksiya “NotAProjectCFC” azarkeş qrupu tərəfindən təşkil olunub və start fitindən 75 dəqiqə əvvəl başlayıb. Etirazçılar “Stemford Bric” stadionuna doğru yürüş edərək Todd Boli rəhbərliyindəki “BlueCo” konsorsiumunun klubu tərk etməsini tələb ediblər.
Azarkeşlər “Acgözlər, klubumuzdan gedin” və “BlueCo”nun getməsini istəyirik” kimi şüarlar səsləndiriblər.
Narazılıq klubun idarə olunması və nəticələri ilə bağlıdır. Komanda son 6 oyunun 5-də məğlub olub və Çempionlar Liqasında PSJ-yə ümumi hesabda 2:8 uduzaraq turnirdən kənar qalıb.
Qeyd edək ki, “Çelsi” öz meydanında “Mançester Yunayted”ə 0:1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 43-cü dəqiqədə Kunya vurub.
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Magazin211:40Kardaşyan bu dəfə dekoltesi ilə gündəm oldu - FOTO
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı












.png)



.jpg)

















