İdman
“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
“Qarabağ”ın Kipr təmsilçisi “Omoniya”dan transfer etdiyi Jali Muaddib jurnalistlərə müsahibə verib.
25 yaşlı vinger Ağdam təmsilçisinə keçidindən, ondan gözləntilərdən və qarşıdakı hədəflərindən danışıb.
Publika.az müsahibəni təqdim edir:
- Kiprin “Omoniya” klubundan “Qarabağ”a transferiniz necə baş tutdu? Həlledici amil nə oldu?
- Mən Kiprdə oynayırdım, təklif gəldi və bu barədə ailəmlə danışdım. Onlar da razılıq verdilər. Sözsüz ki, “Qarabağ”ı tanıyırdılar. Çünki son illərdə Avropada yaxşı nəticələr əldə edir, uzun illərdir baş məşqçisi dəyişmir.
Bilirik ki, yaxşı klubdur. “Qarabağ”ın təklifinə bir gün ərzində “hə” dedim. Bu kluba qoşulduğum və onun bir hissəsi olduğum üçün fəxr edirəm.
- Başqa klublardan da təkliflər var idi?
- Bəli.
- Onların arasında Azərbaycan klubları olub?
- Rəsmi təklif yox idi.
- Adaptasiya prosesiniz necə gedir?
- Sözsüz ki, yeni komandaya gələndə müəyyən çətinliklər olur. Çünki birlikdə oynamamışıq, məşq etməmişik. Amma buradakı məşqçilərim və komanda yoldaşlarım çox yaxşıdırlar. Hamı mənə kömək etməyə çalışır. Mən də əlimdən gələni edirəm ki, tez bir zamanda komandaya uyğunlaşım və məndən nə tələb olunduğunu daha yaxşı anlayım.
- Klubun düşərgəsinə ilk qoşulduğunuz vaxt Qurban Qurbanov hazırkı performansınızla bağlı sizə nə dedi?
- İndiyədək vaxtımız az olduğundan uzun söhbətimiz olmayıb. Mən “Omoniya”da son mövsümü necə keçirmişdimsə, məndən eyni performansı gözləyir. Ümid edir ki, “Qarabağ”a kömək edəcəyəm. Mən də əlimdən gələni edəcəyəm ki, birlikdə uğurlu mövsüm keçirək.
- Azərbaycan çempionatı barədə əvvəlcədən məlumatınız var idi? Ümumilikdə “Qarabağ”dakı hədəfləriniz nədir?
- “Qarabağ”da ikinci Zubir (Abdullah Zubir - red.) olmaq istəyirəm. Ötən mövsüm də “köhlən atlar” mənə maraq göstərmişdi. Həmin vaxtdan Azərbaycan futbolu ilə maraqlanmağa başladım. Bilirəm ki, burada güclü çempionat var. Ötən mövsüm maraqlı keçdi. “Sabah” və “Neftçi” gücləniblər. Bunlardan məlumatlıyam.
- Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaqsınız. Bu rəqib barədə nə düşünürsünüz?
- Bizdə olan məlumata görə, onlar ötən mövsüm ölkə kubokunun qalibi olublar. Bu turnirdə asan rəqib yoxdur. Hər komandaya qarşı yaxşı oynamaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, onları məğlub edib növbəti mərhələyə vəsiqə qazanaq.
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı












.jpg)






















