İdman
Yarış zamanı qəzanın qurbanı oldu
2026-cı il aprelin 18-də finlandiyalı avtomobil yarışı sürücüsü Yuha Mittinen 66 yaşında Nürburqrinqin Nordşlayfe trasında keçirilən 24 saatlıq yarışın ilk təsnifat mərhələsi zamanı aldığı ağır xəsarətlər nəticəsində vəfat edib.
Publika.az xəbər verir ki, sürücünün ölümü barədə yarışın təşkilatçıları məlumat yayıb.
Startdan 25 dəqiqə sonra Karacciola-Karusel döngəsində yeddi avtomobilin iştirakı ilə qəza baş verib. Yarış qırmızı bayraqla dayandırılıb. 121 nömrəli “BMW 325i” avtomobilini idarə edən Mittinen qəza zamanı xəsarət alıb və tibbi mərkəzdə dünyasını dəyişib.
Həkimlər sürücünü reanimasiya etməyə çalışsalar da, bu cəhdlər nəticəsiz qalıb. Qəzada iştirak edən digər altı pilot müayinədən keçmək üçün xəstəxanalara çatdırılıb, onların həyatı üçün təhlükə yoxdur.
Rəsmi açıqlamada bildirilir: “ADAC Nürburqrinq 24 saat yarışının (18 aprel 2026) ilk təsnifat mərhələsində startın erkən hissəsində yeddi iştirakçının cəlb olunduğu ciddi qəza baş verdi. Bir neçə avtomobilin toqquşmasından sonra yarış rəhbərliyi xilasetmə və evakuasiya işlərini təmin etmək üçün yarışı dərhal dayandırdı.
Hadisə yerinə təcili tibbi yardım briqadaları operativ şəkildə çatsa da, “BMW 325i” (#121) sürücüsü Yuha Mittineni xilas etmək mümkün olmadı. O, reanimasiya cəhdlərinə baxmayaraq tibbi mərkəzdə vəfat etdi. Digər altı sürücü tibbi mərkəzə və yaxın xəstəxanalara aparıldı və onların vəziyyəti həyati təhlükə yaratmır”.
Təşkilatçılar həmçinin bildiriblər ki, yarış şənbə günü bərpa olunmayacaq. Bazar günü keçiriləcək yarışdan əvvəl start düzülüşü zamanı mərhum sürücünün xatirəsinə bir dəqiqəlik sükut elan olunacaq.
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB24 May 14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region24 May 14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama

























.jpg)










