İdman
Avarçəkənlərimiz “Prezident Kuboku-2026”nı 9 medalla başa vurdu - Foto
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatıb.
Publika.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən son yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.
İkinəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb.
Eyni yürüşdə Niyaz Məlikov - İvan Vorobyanski cütü ikinci yer tutub. Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər.
Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan komandası “Prezident Kuboku-2026” beynəlxalq reqatasını 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, 9 medalla başa vurub.
20-dək ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqatada komanda hesabında Gürcüstan həm akademik, həm də kanoe növündə kuboka sahib olub.
Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası Cənab Prezident Prezident İlham Əliyevin tapşırığı ilə ilk dəfə Sərsəng su anbarından başlayıb. Yarışlar Suqovuşan və Mingəçevirdə davam edib.










-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ

































