İdman
Polis klub prezidentini niyə həbs etmək istəyib?
“Panatinaikos”un baş məşqçisi Ergin Ataman klubun sahibi Dimitris Yannakopulosu və bəzi əməkdaşlarını “Valensiya” ilə ikinci oyundan sonra təxribat xarakterli davranışa görə İspaniya polisi tərəfindən həbs edilmək istənildiyini bildirib.
Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib.
“Mən qısa danışacağam. Soyunub-geyinmə otağımızın qarşısında 10 polis dayanıb və onlar bəzi əməkdaşlarımızı, həmçinin prezidentimiz Yannakopulosu həbs etmək istəyirlər. 30 ildir idmandayam və ilk dəfədir ki, belə bir hal görürəm — biz əlavə vaxtda qalib gəlmişik, hamı sevinir, amma polis və ‘Valensiya’nın əməkdaşları bizim soyunub-geyinmə otağımızın qarşısına polis düzür.
10 polis sadəcə sevinməyimizə mane olmaq üçün oradadır, indi isə prezidentimizi, baş menecerimizi və daha bir neçə nəfəri həbs etmək istəyirlər. Bu nədir belə? Çox sağ olun, zövq alın. Afinada görüşərik. Afinada görüşərik, uşaqlar!”
Xatırladaq ki, Avroliqa pley-off mərhələsinin 1/4 finalının ikinci oyununda “Panatinaikos” əlavə vaxtda “Valensiya”nı 107:105 hesabı ilə məğlub edib. Seriyada hesab hazırda Yunanıstan klubunun xeyrinə 2:0-dır.
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar















.jpg)



















