İdman
Cüdoçularımız fərqli turnirlərdə 5 medal qazandılar
Azərbaycan cüdoçuları bu gün mübarizə apardıqları 3 fərqli turnirdə ümumilikdə 5 medal qazanıblar.
Publika.az xəbər verir ki, gənc cüdoçular Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda 3 mükafata sahib olublar. Nihad Məmişov (66 kiloqram) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə Azərbaycanın Dövlət Himnini səsləndirib. Ayxan Mirzəzadə (60 kiloqram) və Sadiq İsgəndərli (66 kiloqram) isə beynəlxalq turniri 3-cü pillədə başa vurublar.
Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü, oğlanların mübarizəsində isə 2-ci pillədə qərarlaşıb.
Yeniyetmə cüdoçulardan ibarət millimiz Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Kubokunun ilk günündə bir medal qazanıb. Fərid Rzazadə (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda ermənistanlı Armen Matevosyanı məğlub edib.
Nəhayət, Rəşid Məmmədəliyev (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc mükafat əldə edib. Bu, Azərbaycan millisinin turnirdə ilk medalı olub.
-
Magazin101:41Elçin villasından paylaşım etdi - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzü ərköyünləşdirə bilərsiniz
-
Region23 May 23:12Tehran "Hizbullah"la bağlı qərar verdi
-
Magazin123 May 22:4852 yaşlı aktrisa cazibədarlığı ilə göz oxşadı - FOTO
-
Qarabağ 23 May 22:24Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir - FOTO
-
Magazin223 May 22:00Şərab zavodunda dekolteli ağ libasda pozalar verdi - FOTO
-
İdman23 May 20:48“Anam kimi adam öldürməmişəm”
-
Region23 May 19:48Türkiyədə bələdiyyə sədri güllələndi




































