İdman
45 min xristianın qarşısında ilginc açıqlama: ”Məni İsa azad etdi“
“Barselona”, “Yuventus” və Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves “Metropolitano” stadionunda keçirilən xristian mitinqində çıxış edib.
Publika.az xəbər verir ki, ötən həftə sonu “Atletiko Madridin” ev stadionunda keçirilən dini tədbirdə 35 mindən çox insan iştirak edib.
“Mən qırx il həbsxanada yatdım (Alves, yəqin ki, imana gəlməzdən əvvəlki həyatını nəzərdə tutur). Amma həbsxanadan məni İsa azad etdi. Həyatınızda nələrdən keçdiyinizi, hansı həbsxanalarla üzləşdiyinizi bilmirəm, amma sizə bu gün Məsihin həmin həbsxanaları məhv edəcəyini, divarları yıxacağını və zəncirləri qıracağını demək üçün buradayam”, – Alves deyib.
Xatırladaq ki, Alves 2022-ci il dekabrın 31-də gecə klubunda bir qadına təcavüz etmək ittihamı ilə 14 aydan çox – 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər həbsdə olub. 2025-ci ilin mart ayında Kataloniya Ali Məhkəməsi kifayət qədər dəlil olmadığı üçün Daniyə bəraət qazandırıb və onun 4,5 illik həbs cəzasını ləğv edib.
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır




































