İdman
“Siti”nin ulduzuna qarşı irqçilik edən görün kim imiş
“Mançester Siti” klubu futbolçulara qarşı ayrı-seçkiliklə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 35-ci turunda “Everton”a qarşı səfər oyununda “şəhərlilər”in hücumçusu Antuan Semenyo irqi zəmində təhqirlərə məruz qalıb. Bu epizod üzrə şübhəli şəxs saxlanılıb. Onun 71 yaşlı “Everton” azarkeşi olduğu müəyyən edilib.
O, zaminə buraxılıb, lakin oyun günlərində stadiona yaxınlaşması qadağan olunub. Bundan əlavə, matçdan sonra “Siti”nin müdafiəçisi Mark Qehi sosial şəbəkələrdə irqi təhqirlərin hədəfinə çevrilib.
“Mançester Siti” matç zamanı Antuan Semenyoya qarşı səsləndirilən irqçi təhqirləri qətiyyətlə pisləyir. Təqsirkarın müəyyənləşdirilməsi üçün “Everton” və polis tərəfindən görülən operativ tədbirləri alqışlayırıq.
Eyni zamanda, Mark Qehinin sosial şəbəkələrdə iyrənc irqçi paylaşımların hədəfinə çevrildiyi xəbəri bizi son dərəcə məyus edib. Biz Antuan və Marka tam dəstəyimizi davam etdirəcəyik və oyunumuzda hər hansı formada ayrı-seçkiliyə heç vaxt yol verməyəcəyik”, – deyə bəyanatda bildirilir.
-
Region19:48Türkiyədə bələdiyyə sədri güllələndi
-
Sosial18:48Quyuya düşən şəxs belə xilas edildi - VİDEO
-
Əmlak17:40Səlim Müslümovun 370 kvadratmetrlik mənzili dördüncü dəfə hərraca çıxarılır
-
İqtisadi gündəm16:57İcra hakimiyyəti 173 minə iki su tankeri alır
-
Avropa16:25Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
-
Magazin215:30Məşhur model çimərlik görüntüləri ilə gündəm oldu - FOTO
-
Avropa14:59Generaldan xəbərdarlıq - Rusiya qorxunc düşmənə çevrilib
-
Magazin214:50Tom Hardi məşhur serialdan qovuldu





































