İdman
Məşhur məşqçi öldü
Keçmiş NBA oyunçusu və məşqçisi, Basketbolun Şöhrət Zalının üzvü Rik Adelman vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb .
Amerikalı 80 yaşına cəmi iki həftə qalmış dünyasını dəyişib.
“Rik Adelman NBA tarixinin ən uğurlu məşqçilərindən biri idi. Oyunçu karyerasını bitirdikdən sonra Rik məşqçilik sahəsinə keçdi və liderliyi, innovativ yanaşması və basketbola olan səmimi sevgisi nəsillər boyu oyunçuların və məşqçi yoldaşlarının həyatında silinməz iz buraxdı.
O, parlaq strateq və oyun müəllimi, eləcə də gözəl insan idi. Rikin ailəsinə və liqadakı çoxsaylı dostlarına dərin hüznlə başsağlığı verirəm” – Liqa komissarı Adam Silver bildirib.
Qeyd etmək lazımdır ki, məşqçilik karyerası ərzində Adelman “Portland”, “Qolden State”, “Sakramento”, “Hyuston” və “Minnesota komandalarına rəhbərlik edib. O, həmçinin üç All-Star Oyunlarında məşqçilik edib.
O, NBA-da 29 il keçirib, bunun 23 ili baş məşqçi kimi olub.
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL





























.jpg)
.jpg)








