İdman
Prezident olmaq istəyən Ukraynalı boksçu Trampla görüşdü
Superağır çəkidə dünya boks çempionu Aleksandr Usik Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Marqo Martin "X" sosial şəbəkəsində məlumat yayıb.
Mart ayında Usik Ukrayna prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirmişdi. O, daha bir neçə il boksla məşğul olacağını, bundan sonra isə "dövlət üçün çalışacağını" açıqlamışdı.
Keçən ay Usik niderlandlı döyüşçü Riko Verxoveni məğlub edib. On raundun yekununa görə, hakim qeydlərinə əsasən, Usik xal hesabında uduzurdu. Döyüş 11-ci raundda başa çatıb: nokautdan əvvəl Usik Verxoveni nokdauna salıb, hakim isə qonq səsi ilə eyni vaxtda döyüşü dayandırıb.
Bu qələbə sayəsində Usik Ümumdünya Boks Şurasının (WBC) dünya çempionu titulunu qoruyub. Usik karyerasında 25-ci döyüşünü qazanıb və məğlubedilməz olaraq qalır.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı







.jpg)




























