İdman
Ailəsi Messinin atasının səhhəti ilə bağlı bəyanat yaydı
Bu yaxınlarda mediada Lionel Messinin atasının səhhətində ciddi problemləri olduğu barədə məlumatlar yayıldı.
Publika.az xəbər verir ki, bi iddia argentinalı hücumçunun 2026-cı il Dünya Kubokunda Əlcəzairə qarşı qol vurduqdan sonra ağlaması fonunda yayılıb.
Xorxe Messi haqqında internetdə geniş yayılmış məlumatların və onun vəziyyəti ilə bağlı müzakirələrin ardından argentinalı futbolçunun ailəsi açıqlama vermək qərarına gəlib.
Bəyanatda deyilir: “Messi ailəsi bizə Xorxe Messinin səhhətində problemlər yaşadığını bildirir. O, hazırda tibbi nəzarət altındadır, sağalır və vəziyyəti yaxşılaşır. Son saatlarda yayılan xəbərlər, şayiələr və fərziyyələr nəzərə alınmaqla, ailə şəxsi məsələlərə xor baxan bəzi şəxslərin hərəkətlərindən, hörmət və dürüstlük çatışmazlığından narazılığını bildirir”.
Messinin qohumları həmçinin bildiriblər ki, Xorxenin vəziyyəti ilə bağlı bütün etibarlı məlumatlar birbaşa ailə üzvləri tərəfindən çatdırılacaq.
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO
-
MDB09:20Ukrayna “Wildberries”in daha bir anbarını vurdu - Yanır
-
Magazin208:53"Behzat Ç." saxlanıldı
-
Region06:51ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?


















.jpg)

.jpg)














