İdman
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Nüfuzlu “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.
Publika.az xəbər verir ki, siyahıya “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.
Ulduz futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
İlk üçlüyü isə Polşa futbolunun nümayəndələri tamamlayır. “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski hərəyə 2,5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.
Yenilənmiş siyahıda 6-cı pillədə qərarlaşan Elvin Cəfərquliyev isə 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Son dövrlərdə diqqət çəkən müdafiəçinin qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov bir müddət əvvəl intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas heyətdən uzaqlaşdırılmışdılar. (“Qafqazinfo”)
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO
-
MDB09:20Ukrayna “Wildberries”in daha bir anbarını vurdu - Yanır
-
Magazin208:53"Behzat Ç." saxlanıldı
-
Region06:51ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?


















.jpg)

.jpg)














