İdman
Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
Lionel Messinin sözləri cümə axşamı Buenos-Ayres kafedralında səslənib.
Publika.az xəbər verir ki, arxiyepiskop Xorxe Qarsiya Kuerva ölkənin Müstəqillik Gününə həsr olunmuş messada Argentina yığmasının kapitanından sitat gətirib. Bu zaman milli komanda dünya çempionatının İsveçrəyə qarşı 1/4 final matçına hazırlaşırdı.
Arxiyepiskop Qarsiya Kuerva komandanın 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatındakı zəfərindən sonra Messinin mesajından Argentina Prezidenti Xavyer Mileyin də iştirak etdiyi mərasimdə birliyə çağırış kimi istifadə edib.
Qarsiya Kuerva ibadət zamanı dörd il əvvəl əfsanəvi hücumçunun yazdığı sözləri oxumamışdan əvvəl deyib: "Gəlin, formalarımızı çıxarmayaq və Lionel Messinin vaxtilə sosial şəbəkələrində paylaşdığı mesajı böyük həvəslə həyata keçirək".
Messi demişdi: "Biz argentinalılar birlikdə mübarizə aparanda və bir-birimizdən yapışanda istədiyimiz hər şeyə nail olmağa qadirik".
Hüseyn İbadlı
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?























.jpg)


.jpg)










