İdman
Ulduz basketbolçunun başına gələnlər: Çantama 100 prezervativ qoyub dedilər ki…
“Mayami Hit”in ulduz basketbolçusu Nikola Yoviç karyerasının əvvəlində yaşlı komanda yoldaşlarının absurd tələbi ilə qarşılaşdığını xatırladıb. NBA-nın bir çox yeni oyunçuları kimi, o da veteranlar üçün müxtəlif tapşırıqlar yerinə yetirib və bir gün ona 100 prezervativ gəzdirmək tapşırığı verilib.
Publika.az xəbər verir ki, Yoviç “YouTube”dakı “6.75range” podkastında bildirib:
“Çantama 100 prezervativ qoyub dedilər ki, bunları özünlə apar. Kiməsə lazım olsa, sənə zəng edəcəyik və onları gətirməli olacaqsan.
Və bilirsinizmi, onlar həmişə çantamda olurdu. Mən onları heç vaxt çıxarmırdım.
Sonra anam ilk dəfə Mayamidə məni ziyarətə gəldi. O, otağımı səliqəyə salmağa başladı. Bu vaxt qonaq otağında oturub “PlayStation” oynayırdım. Və gözümün ucu ilə onun çantamı açdığını görürəm. Qadın sadəcə şoka düşdü. Anam gözlərinə inana bilmirdi.
Onun reaksiyasını aydın görə bilsəm də, qəsdən fərq etməmiş kimi davrandım. O, çıxdı, amma heç nə soruşmadı. Və budur, mübaliğəsiz 100 zarafat. Prezervativlərlə dolu bir çanta. Bəs mən nə etməli idim, bilirsinizmi? Bu hadisədən sonra hamısını atdım, bir yerə gizlətdim”.
Müəllif: Tural
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?




















.jpg)













.jpg)

