İdman
Azərbaycanlı Rusiyada federasiya prezidenti seçildi
Emil Əliyev yekdilliklə yenidən Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.
Publika.az xəbər verir ki, qərar avqustun 7-də Moskvada təşkilatın hesabat-seçki konfransında qəbul edilib.
Əliyev daha beş il AMFR-ə rəhbərlik edəcək. O, 2011-ci ildən bəri prezidentlik vəzifəsini icra edir və dördüncü dəfə nümayəndələrin dəstəyini qazanıb. Əliyev əvvəllər 2016, 2021 və 2026-cı illərdə yekdilliklə yenidən seçilib. Konfransda həmçinin AMFR-in vitse-prezidentləri və icra komitəsi də müəyyən edilib.
Assosiasiyanın 1992-ci ildə ilk prezidenti onun təsisçisi Semyon Andreyev olub. 2011-ci ildə o, namizədliyini Əliyevin xeyrinə geri götürüb və təşkilatın fəxri prezidenti olub. Konfransda regionlardan nümayəndələr, tərəfdaşlar, mini-futbol və Rusiya milli komandasının veteranları iştirak ediblər.
Qeyd edək ki, Emil Əliyev əslən Azərbaycandandır. 1978-ci ildə Bakıda anadan olub. Pedaqoji elmlər doktoru və professordur. Rusiya Federasiyasının Əməkdar Bədən Tərbiyəsi Xadimi adına layiq görülüb (16 oktyabr 2019). Bədən tərbiyəsi və idman sahəsində bir neçə monoqrafiya və elmi nəşrin müəllifidir.
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi











.webp)













.jpg)







.jpg)


