İdman
“Sabah” darmadağınla Çempionlar Liqasının əsas mərhələsində - VİDEO/YENİLƏNDİ
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2
Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.
Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
xxx
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.
Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
xxx
23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
xxx
22:44
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
xxx
22:20
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.
Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.
xxx
22:12
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.
xxx
21:30
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.
xxx
20:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
xxx
20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi

































