İdman
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazandı
Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Publika.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib.
Rəqibini məğlub edən Ö. Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.
Xatırladaq ki, ötən gün beş idmançı yarışı medalsız başa vurub. "Böyük Dəbilqə" avqustun 30-da başa çatacaq.
-
Art22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
































