İdman
“Qarabağ”ın braziliyalıları “sökür” - İki yubiley birdən
“Qarabağ”ın iki futbolçusu Azərbaycan Premyer Liqasının 20-ci turunda yubiley qeyd edib.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin liderlərindən sayılan Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar.
Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub.
“Bakı”yla matçda Reynaldo Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını “Qarabağ”ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/13 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.
Qələbədə 2 qolla pay sahibi olan Riçard isə “Qarabağ”ın heyətində 25-ci dəfə fərqlənib. Bu qarşılaşmayadək çempionatda 20, kubokda 2, avrokuboklarda 1 dəfə rəqib qapılarına yol tapan yarımmüdafiəçi dubl sayəsində ümumi qol sayını 25-ə çatdırıb.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər