İdman
Fatih Terimdən Osimhen, İkardi və Leao ilə bağlı diqqətçəkən sözlər
“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim komandanın ulduz futbolçuları Viktor Osimhen, Mauro İkardi və Rafael Leao haqqında fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Terim “Qalatasaray”ın heyətini yüksək qiymətləndirərək Osimheni dünyanın ən yaxşı hücumçuları sırasında göstərib. O, nigeriyalı forvardın fiziki gücü, elastikliyi və qol vurmaq bacarığı ilə fərqləndiyini bildirib.
“Osimhen dünyanın ən yaxşıları arasındadır. Mən onun daha yuxarıda olmalı olduğunu düşünürəm. O, dünyanın ən yaxşı 9 nömrələri arasındadır. Bu boya və fizikaya baxmayaraq, röveşata ilə qol vurması onun nə qədər fərqli futbolçu olduğunu göstərir. Uzun addımları ilə rəqibdən əvvəl topa çatır”, deyə Terim qeyd edib.
Təcrübəli mütəxəssis Osimhenin mübarizə gücünə və qolçuluq xüsusiyyətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, nigeriyalı hücumçu ən gözlənilməz vəziyyətlərdə belə qol vura bilir.
Terim Mauro İkardi barədə də yüksək fikirlər səsləndirib. O, argentinalı futbolçunun yalnız məhsuldar hücumçu olmadığını, həm də oyun zəkası və texniki imkanları ilə komanda yoldaşlarına fürsətlər yaratdığını vurğulayıb.
“Mauro İkardi… Onun haqqında danışmağa ehtiyac varmı? Bu qədər ağıllı, texnikası və keyfiyyəti yüksək olan hücumçu hər kəsin arzusudur. Qolçuluq ayrı xüsusiyyətdir, amma o, həm də futbolçudur. Özü də daxil olmaqla hər kəsə qol vəziyyəti hazırlayan oyunçudur”, deyə Terim qeyd edib.
“Qalatasaray”ın yeni transferlərindən Rafael Leao haqqında danışan Terim isə portuqaliyalı vingerin sürətini və fərdi bacarığını xüsusi qeyd edib:
“Rafael Leaonun möhtəşəm çevikliyi və sürəti var. Rəqibini keçə bilir, güclüdür. Mənim komandamda olsaydı, yaxşı və ya pis oynamasından asılı olmayaraq, daim meydana buraxacağım futbolçulardan biri olardı”.
Fatih Terim həmçinin “Qalatasaray”ın heyətində Lukas Torreyra, Letoroy Sane, Mario Lemina, Abdulkərim Bardakçı və Davinson Sançes kimi futbolçuların olduğunu, qapıçı Uğurcan Çakırın da Avropa səviyyəsində transfer olduğunu vurğulayıb.
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya18 Sentyabr 13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz18 Sentyabr 11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA








.jpg)



.jpg)

.jpg)












.jpg)




.jpg)




