Səhiyyə
Bakının iki rayonu işıqsız qalacaq
Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarında təmir və yenidənqurma işləri aparılacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisinə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsinin bəzi hissələrində yerləşən abonentlərin elektrik enerjisi ilə təchizatında da saat 10:00-dan 13:00-dək fasilə olacaq. Buna səbəb 35/6 kV-luq 491 saylı yarımstansiyada aparılacaq təmir işləridir.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması nəzərdə tutulur.
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO
-
Dünya05:15“El-Ninyo” dəhşətli fəlakətlərə səbəb olacaq
-
İqtisadi gündəm04:44Azərbaycan dövlət borcunun ödənilməsinə bu qədər pul xərcləyəcək
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi



































