İdman
Mourinyo və “Real” üçün həmişə günahkar başqasıdır - Enrik Masip
“Barselona”nın prezidenti Joan Laportanın müşaviri Enrik Masip mətbuat konfranslarında “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun davranışını tənqid edib.
Publika.az xəbər verir ki, Masip İspaniya mətbuatına verdiyi açıqlamada deyib:
“Kimsə “qəribə şeylər görmüşəm” deyəndə… “Qəribə” məşqçinin gözünə soxmaq kimidir (2011-ci il İspaniya Super Kuboku matçında Mourinyo ilə Tito Vilanova arasında baş verən hadisəyə istinad edilir). İşlər plan üzrə getmədikdə, başqalarına hücum etməmək üçün öz üzərində işləməlisən. Onlar sənə zərər verməyə çalışırlar, çünki bu potensiala malikdirlər, amma insanlar onlara inanmırlar.
O, həmişə təhqiramiz sözlər işlədir. Flik və Mourinyonun mətbuat konfranslarını müqayisə edin. Flik incisə belə, onun rəqiblərə, oyunçular, məşqçilərə nə qədər hörmətlə yanaşdığına baxın… Bunlar “Barselona”nın dəyərləridir.
Çox şey deyə bilərsiniz, amma demirsiniz… Mourinyo və “Real Madrid” üçün həmişə günahkar başqasıdır”.
Müəllif: Tural
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO



































