Ən zərərli üç məhsul kateqoriyası - Toxluq hissi yaratmadan orqanizmi məhv edən nədir?
Bizi izləyin

Sağlamlıq

Ən zərərli üç məhsul kateqoriyası - Toxluq hissi yaratmadan orqanizmi məhv edən nədir?

Ən zərərli üç məhsul kateqoriyası - Toxluq hissi yaratmadan orqanizmi məhv edən nədir?

“Meditsina” Səhmdar Cəmiyyətinin (akademik Roytberq klinikası) qastroenteroloqu, tibb elmləri namizədi Yevgeni Belousov ən zərərli hesab etdiyi üç qida kateqoriyasını sadalayıb.

Publika.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Həkim ilk növbədə imtina edilməli olan ən zərərli məhsullardan biri kimi şəkərli qazlı içkiləri göstərib. O vurğulayıb ki, bu içkilərin istehlakı, demək olar ki, toxluq hissi yaratmadan orqanizmə çoxlu miqdarda sərbəst şəkər qəbul etməyin ən asan yollarından biridir. Həkimin xəbərdarlığına görə, şəkərli qazlı içkilərin müntəzəm istehlakı qida rasionunun enerji dəyərini artırır və çəki artımına səbəb olur.

Belousovun fikrincə, qida rasionunda zərərli hesab edilən ikinci kateqoriya emal olunmuş ət məhsullarıdır: kolbasa, sosiska və bekon.

O izah edib ki, emal olunmuş ət məhsullarının müntəzəm istehlakı bir sıra xəstəliklərin riskinin artması ilə əlaqəlidir, çünki bu məhsulların tərkibində çoxlu miqdarda duz və doymuş yağlar ola bilər.

Həkim çipsilərin, qəlyanaltıların və digər ultraemal olunmuş qidaların istehlakını məhdudlaşdırmağı da tövsiyə edib.

“Bu cür məhsullar çox vaxt yüksək kaloriliyi böyük miqdarda duz və yağla birləşdirir. Onların az çəkidə olması və kəskin dadı isə insanın əvvəlcədən nəzərdə tutduğundan daha çox yeməsinə səbəb olur. Belə qidaların müntəzəm istehlakı tərəvəzlərin, tam taxıl məhsullarının, paxlalı bitkilərin və digər lif mənbələrinin rasiondan sıxışdırılıb çıxarılmasına gətirib çıxara bilər”, — deyə Belousov qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm