Kamran Ağayevin “quru” debütü – VİDEO
Bizi izləyin

İdman

Kamran Ağayevin “quru” debütü – VİDEO

Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" Türkiyə birinci liqasının 23-cü turunda səfərdə "Bucaspor"un qonağı olub.

Publika.az xəbər verir ki, Ağayev, nəhayət, çempionatda klubunun heyətində debüt edə bilib.

28 yaşlı qapıçının birinci liqada ilk sınağı uğurlu alınıb. Belə ki, 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlayan qapıçının komandasını bir neçə dəfə real qoldan xilas edib, yoldaşları isə rəqibi 3 dəfə məyus edib (3:0).

Ağayev bundan öncə "Kayserispor"un heyətində yalnız bir dəfə - Türkiyə kubokunun 1/8 final mərhələsinin "Beşiktaş"la oyununda (1:0) meydana çıxmışdı. Həmin matçda da 90 dəqiqə meydanda olan Kamran, onda da qapısını toxunulmaz saxlamağı bacarmışdı.

"Bucaspor" üzərindəki qələbədən sonra hesabındakı xalları 47-yə yüksəldən "Kayserispor" birinci pillədə qərarlaşıb. Kamranın “quru seriya”sı isə 180 dəqiqəyə çatıb.

Türkiyə, PTT liqası

9 mart

Bucaspor - Kayserispor 0:3

Nobre, 48. Ömər Bayram, 79; 81.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm