İdman
Apreldə güləş üzrə sınaq yarışları olacaq
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Güləş Federasiyası iyun ayında keçiriləcək birinci Avropa Oyunlarından əvvəl 16-19 aprel tarixlərində Bakıda güləş üzrə sınaq yarışlarının keçirilməsi ilə bağlı bu gün anlaşma memorandumu imzalamışlar.
Publika.az xəbər verir ki, anlaşma memorandumu Bakı 2015 Avropa Oyunlarının baş qərargahında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti və Dunya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov tərəfindən imzalanmışdır.
“Azərbaycan Güləş Federasiyası və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi arasında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar öz məmnunluğumu bildirirəm. Keçiriləcək sınaq yarışları idmançılar, hakimlər və rəsmi şəxslərin Avropa Oyunlarında iştirakı üçün zəmin rolunu oynayacaq” - deyə cənab Əliyev qeyd etmişdir.
16-19 aprel tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək sınaq yarışlarında ümumilikdə 400 güləşçinin iştirakı gözlənilir.
Səfərov deyib: “Sınaq yarışları ilk Avropa Oyunlarına hazırlıq üzrə xüsusi əhəmiyyət daşıyır və gözlənilən yarışlar barədə məlumatlılığın artırılmasına yardım edir. Azərbaycan zəngin güləş tarixinə malikdir və keçiriləcək sınaq yarışlarının, eləcə də Bakı 2015 Avropa Oyunlarının geniş sayda yerli dəstək qazanacağına əminliyimi bildirmək istərdim”.
Heydər Əliyev adına İdman Arenası müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bakı 2015 Avropa Oyunları zamanı İdman Arenasında 13-18 iyun tarixlərində güləş, eləcə də 25-28 iyun tarixlərində cüdo və 22 iyun tarixində sambo üzrə yarışlar keçiriləcək.
-
İdman06:46Dünyanın ən yaxşı qapıçılarının yeni reytinqi
-
Magazin206:16Xanımına tərəf müqabili ilə xəyanət edib? - İDDİA
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO




































