İdman
Valeri Qazzayev Bakıya niyə gəlir?
Futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayevin Bakıya səfəri gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə Aleksandr Çivadzenin 60 illik yubileyindən qayıdan Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, V.Qazzayevin səfəri bu yaxınlarda baş tutacaq. O.Abdullayev bildirib ki, səfər gəzinti məqsədilə nəzərdə tutulub: "Qazzayev dedi ki, Azərbaycan, Bakı inkişaf edir və gündən-günə gözəlləşir. Gəlib şəhəri gəzmək istəyirəm".
Ermənistanın veteran futbolçusu Xoren Oqanesyanın da Tbilisidəki tədbirdə iştirak etdiyini deyən FVİ sədri ermənilərlə müqayisədə daha çox hörmət gördüklərini deyib: "Məclisdə ayrı oturmaq düz gəlməzdi. Bizə daha çox hörmət olundu, nəinki Xorenə. O, kənarda qalmışdı. Bizi çox yüksək səviyyədə qarşıladılar".
Sədr V.Qazzayevin Rusiya Futbol İttifaqının (RFS) prezidenti postuna namizədləyini verəcəyini də deyib: "Tanınmış mütəxəssisdir və bizimlə də yaxşı münasibəti var. İttifaqa prezident seçilsə, yaxşı olar".
Qeyd edək ki, hazırda RFS-in prezidenti Nikolay Tolstıxdır. Lakin İcraiyyə Komitəsinin üzvləri N.Tolstıxa etimadsızlıq göstəriblər.
Report
-
Hadisə21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə"dən ikinci qol - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
































