Təhsillə bağlı istədiyiniz hər şey BURADA - YENİ SAYT YARANDI
Bizi izləyin

İKT

Təhsillə bağlı istədiyiniz hər şey BURADA - YENİ SAYT YARANDI

Martın 1-dən Azərbaycanda yeni media qurumu – Azedu.az saytı fəaliyyətə başlayıb.

Publika.az-ın xəbərinə görə, saytın yaradıcısı Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.

Azedu.az sırf təhsil saytıdır.

Saytın hansı zərurətdən yaranması ilə bağlı sorğuya cavab olaraq Elşad Eyvazlı bildirib ki, bu sahədə müəyyən boşluqlar var:

“Ciddi bir təhsil komandası ilə bu işə başladıq. Komandanın üzvləri arasında yeni təhsil ekspertlərindən tutmuş xaricdə təhsil almış gənclərə qədər müxtəlif insanlar var.

Qarşımıza böyük məqsədlər qoymuşuq və hədəflərə çatmaqda çox israrlıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm