İKT
“Azercell” abunəçilərin mobil rabitə xidmətlərinin təmin edilməsi üçün tədbirlər görür
3 İyul 2018-ci il tarixində, gecə saat 00:20 radələrində ölkə üzrə elektrik enerjisinin təminatında yaranmış kəsinti ilə əlaqədar respublikanın əksər bölgələrində “Azercell Telekom” MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət gücləndirilmiş iş rejimində çalışıb.
“Azercell Telekom” MMC-dən Publika.az-a verilən məlumata görə, müstəqil generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlimat Mərkəzinin, eləcədə bir sıra saytların kəsintisiz fəaliyyəti dərhal bərpa edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib.
Hal-hazırda kəskin isti hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR