İKT
Dilçilik İnstitutunun direktoru Tərcümə Mərkəzini YIXIB-SÜRÜDÜ
Tərcümə Mərkəzi monitorinq olunan saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı açıqlama verməlidir.
Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Tərcümə Mərkəzinin Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq etməsi haqda deyib. O bildirib ki, Tərcümə Mərkəzinin səhvlər aşkarladığı onlayn media qurumlarının bunu tələb etmək haqqı var:
“Nəsimi adına Dilçilik İnstitutu KİV-lərin Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinq keçirdi. Sonra isə həmin KİV-lərin nümayəndələrini dəvət edib bildirdik ki, filan səhvləriniz var. Hər halda, Mərkəz səhv tapdıqları onlayn media nümayəndələrini dəvət edib, onlara səhvlərini deməli və bunu əsaslandırmalı idi”.
Nağısoylu Tərcümə Mərkəzinin “şey” sözünü səhv hesab etməsinin isə qəbuledilməz olduğunu bildirib:
”Ədəbi dildə “şey” sözü istifadə edilir, bu söz bütün lüğətlərdə var. Onun səhv kimi qeydə alınması qətiyyən düzgün deyil”.
Qeyd edək ki, Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq edib. Lakin Mərkəz bəzi məşhur saytları “diqqətdən” kənarda qoyub və saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı məlumat verməyib.
Eyni zamanda, “monitorinq”in çoxsaylı nöqsanlarla aparılması da diqqət çəkib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)






















.jpg)


