Kişilərə ŞAD XƏBƏR: atalıq məzuniyyəti veriləcək
Bizi izləyin

İKT

Kişilərə ŞAD XƏBƏR: atalıq məzuniyyəti veriləcək

Türkiyənin məşhur telekommunikasiya provayderi “Vodafone” şirkəti xüsusi addım atıb.

Publika.az xəbər verir ki, şirkət, işçilərinin həyatını asanlaşdırmaq üçün 4 il əvvəl qadınlara tətbiq etdiyi 16 həftəlik maaşlı icazə məsələsini kişilərə də şamil edəcək.

Belə ki, yeni valideyn olan işçilər uşaqları ilə daha çox vaxt keçirə bilmək üçün 18 ay ərzində istədikləri tarixdə 16 həftəyə qədər icazə ala biləcək. Bundan başqa, məzuniyyətdən qayıtdıqdan sonra ilk 6 ayda həftədə 4 gün işləyib tam maaş alacaqlar.

Sistem 2020-ci ildə Türkiyədə tətbiq olunacaq. 2021-ci ildə Afrika, Yaxın Şərq, Avropa və ABŞ-da daxil olmaqla, 24 “Vodafone” ölkəsi bu hərəkata qoşulacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm