İKT
MTRŞ son qərarları ilə bağlı BƏYANAT YAYDI
Milli Televiziya və Radio Şurası (MTRŞ) son qərarları ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
"Milli Televiziya və Radio Şurası tərəfindən televiziya kanallarının efirinin məhdudlaşdırılması praktikası vətəndaşlarda, o cümlədən, media nümayəndələrində müəyyən haqlı suallar doğurur.
Bununla bağlı, Milli Televiziya və Radio Şurası ölkə ictimaiyyətinə aşağıdakıları bildirməyi vacib sayır:
Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.
Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.
Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Milli Televiziya və Radio Şurası bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir".
Qeyd edək ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb və bir telekanalın məhkəməyə verilməsi, ikisinin yayımının isə bir saatlıq dayandırılması ilə bağlı qərar qəbul edilib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO









.jpg)


























.jpg)


