İKT
Korotçenko azərbaycanlı jurnalistlərə TƏŞƏKKÜR ETDİ
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko feysbuk hesabının bloklanmasına səbəb olan "Vmedia" yutub-kanalının mətbuata müraciəti müsbət nəticə verib.
Publika.az xəbər verir ki, İqor Korotçenko öz səhifəsində erməni işğalçılarının Azərbaycandakı cinayətlərindən bəhs edən “Heç İŞİD terrorçuları belə etməyiblər” başlıqlı videoçarx yerləşdirdikdən sonra erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə “dezinformasiya” və “nifrətin təbliği” kimi kütləvi şikayətlər etməyə çağırıblar.
Lakin “Vmedia” yutub-kanalının Azərbaycan mətbuatına müraciəti və onların informasiya dəstəyi sayəsində rusiyalı politoloqun səhifəsinin bloklanması aradan qaldırılıb.
Korotçenko Azərbaycanın mətbu orqanlarının jurnalistlərinə və bütün sosial şəbəkə istifadəçilərinə həmrəyliyə görə təşəkkür edib.
Həmçinin “Rusarminfo.ru”da “Azərbaycanlılar Zukerberqi erməniləri dəstəkləməkdə ittiham edib” sərlövhəli yazını nəzərdən qaçırmaq olmaz.
“Vmedia” yutub-kanalının filmində qeyd olunur ki, erməni terrorçuları öz vəhşiliklərində İŞİD döyüşçülərindən də irəli gediblər - qəbirləri açıb dağıdıblar, yəni hətta ölülərlə döyüşüblər. Bütün bu cinayətlər Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında törədilib.
Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşublar.
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib






_1507621258_1508480454.jpg)





























