Ekopublika.az
Azərbaycandan Türkiyəyə böyük GÜZƏŞT - CƏDVƏL
Azərbaycan gəmiçilik tariflərini azaldıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən
Publika.az-a verilən məlumata görə, Türkiyədən
Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər
üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə
20%-ə qədər endirim tətbiq edir.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin
(16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya
Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində
müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu
tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları
təşkil edəcək.
Tarif, ABŞ dolları ilə |
||
Bir tərəfə |
İki tərəfə |
|
Qoşqulu yük avtomobili (16,5 metr uzunluqda TİR) (1 nəfər sürücü daxil olmaqla) |
1,200 |
2,100 |
QSC bildirir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq