Dünyanın qədəri bu qadının iki dodağının arasındadır - GÖZLƏNTİ
Bizi izləyin

Ekopublika.az

Dünyanın qədəri bu qadının iki dodağının arasındadır - GÖZLƏNTİ

Beynəlxalq bazarlarda diqqətlər volatilliyin davam etdiyi bir mühitdə, FES sədri Janet Yellenin Konqresdə edəcəyi çıxışa yönəlib.

Publika.az “marja”ya istinadən xəbər verir ki, Amerika Mərkəzi Bankının prezidenti Janet Yellen bu gün və cümə günü Konqresdə iki ayrı təqdimat keçirəcək.

Yellen FES-in güclü dollardan narahat olduğu istiqamətində fikirlər səsləndirsə, dollar düşə bilər.

Digər tərəfdən, dolların istiqaməti ABŞ-dakı faiz artırımı təqviminə də bağlıdır.

Ötən həftə açıqlanan zəif məşğulluq göstəricisindən sonra Yellenin mart ayında keçiriləcək toplantı üçün dəqiq bir faiz artırımı siqnalı verəcəyi gözlənilmir. Ancaq bazarlara görə, Yellen faizi martda artırmaq variantını tamamilə istisna edən bəyanatlar verməkdən də çəkinəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm