Ekopublika.az
Sabiq maliyyə naziri Palatanın qərarından danışdı
“Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar tərəfindən xarici valyutada verilən kreditlərlə bağlı qərarı tam məntiqlidir”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov palatanın bugünkü qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, xarici valyutada gəliri olmayan hər hansı bir fiziki və ya hüquqi şəxsin xarici valyutada kredit götürməsinin heç bir əsası yoxdur: “Yeni qərara görə xarici valyutada kreditlər yalnız bu valyutada gəlirləri olan tərəflərə və bankda xarici valyutada əmanəti olan müştərilərə təklif olunacaq. Burada məsələyə müştərilərin bir qədər ehtiyatlı yanaşması daha yaxşı olardı. Çünki müştəri gələcəkdə xarici valyutada götürdüyü krediti öz manat gəlirləri ilə qarşılaya bilməsə, onda bank müştərinin borcunu onun xarici valyutada olan əmanətindən siləcək. Atılan bu addımların hamısı nəticə etibarilə manata olan etimadın bərpasına və bütövlükdə maliyyə sistemində yaranmış dollarlaşma səviyyəsinin optimallaşdırılmasına yönəli addımlardır”.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...