Avroya ehtiyac niyə azalır?
Bizi izləyin

Ekopublika.az

Avroya ehtiyac niyə azalır?

Avropa Mərkəz Bankının (AMB) rəhbəri Mario Draghi avronun beynəlxalq pul sistemdəki rolunun azaldığını və avro ilə dollar arasında əhəmiyyətli dərəcədə böyük fərq yarandığını açıqlayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Draghi avronun qlobal bazarlardakı rolu ilə bağlı hesabatını açıqlayıb. 2015-ci ili və 2016-cı ilin əvvəllərini əhatə edən hesabatda avronun Avro bölgəsi xaricindəkilər tərəfindən istifadə inkişaflarına bağlı qiymətləndirmələr aparıb.

Hesabatda bildirilib ki, avronun istifadə nisbəti azalıb. Bunun xüsusilə valyuta ehtiyatları, xarici pul vahidiylə reallaşan borclanmalar və beynəlxalq kreditlərdə müşahidə edildiyi qeyd olunub.

Hesabatda fikirlərinə yer verilən Mario Draghi deyib ki, avro beynəlxalq pul sistemdə ən əhəmiyyətli ikinci pul vahidi olaraq qalır. Ancaq ABŞ dollarıyla arasındakı fərq çox böyükdür. Bu hesabatdakı bəzi göstəricilər, araşdırılan dövrdə avronun beynəlxalq pul sistemində istifadə nisbətinin bir miqdar azaldığını göstərib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm