Ekopublika.az
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar artır
2013-cü il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən 15,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi investisiyaların ümumi həcminin 66,3 faizini təşkil edib. 2013-cü ildə istehsalat yönümlü obyektlərin tikintisinə 8 635,7 milyon manat, qeyri-istehsalat obyektlərinə isə 9 236,4 milyon manat sərmayə qoyulub.
İnvestisiyaların ümumi həcmindən 76,7 faiz il ərzində 11,9 faiz artan daxili investisiyaların payına düşüb. Daxili investisiyaların çox hissəsi (70,7 faiz) dövlət müəssisələrinin və təşkilatların, 29,3 faiz isə özəl müəssisələrin payına düşüb.
Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 8 012,1 milyon manat (investisiyaların ümumi həcminin 44,8 faizi), bank kreditlərindən - 860,6 milyon manat (4,8 faiz), büdcə vəsaitlərindən - 7 829,2 milyon manat (43,8 faiz), büdcədənkənar fondların vəsaitləri hesabına - 558,7 milyon manat (3,2 faiz), əhalinin şəxsi vasitələrindən - 469,1 milyon manat (2,6 faiz) və başqa vəsaitlərdən - 142,4 milyon manat (0,8 faiz) investisiya qoyulub.
Əsas kapitala qoyulmuş vəsaitlərdən 73 faiz (13 047,3 milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilib, ölkənin neft sektoruna 4 824,8 milyon manat (27 faiz) sərmayə qoyulub. Göstərilən dövrdə qeyri-neft sektoruna əsaslı vəsaitlər 12,1 faiz, neft sektoruna isə 24,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə 39,6 faiz investisiya sənaye sahələri, 19,6 faiz nəqliyyat və anbar təsərrüfatı, 3,2 faiz kənd təsərrüfatı, 7,5 faiz daşınmaz əmlakla əməliyyatlar, 6,7 faiz dövlət idarəçiliyi, 4,8 faiz istirahət, əyləncə və incəsənət, 5,5 faiz tikinti, 1,1 faiz rabitə və informasiya, 4,4 faiz təhsil, iki faiz - inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,6 faiz ticarət, 0,4 faiz turistlərin yerləşdirilməsi və iaşə, 0,1 faiz üzrə peşəkar, texniki və elmi fəaliyyətin payına düşüb. /Trend/
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO