Ekopublika.az
Dövlət büdcəsindən tikintiyə 3065 milyon manat xərclənib
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075.5 milyon manat vəsait qoyulub.
Publika.az xəbər verir ki, 2013-cü ilin müvafiq dövründəkindən 3 faiz çox vəsait yönəldilib. Əsas kapitala cəlb olunan vəsaitin 6596.7 milyon manatından tikinti-quraşdırma işlərində istifadə edilib. Əsaslı vəsaitin 67.7 faizi və ya 6140.7 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 6.4 milyard manatını və ya 70.8 faizini daxili investisyalar təşkil edib. Ötənilki səviyyədən 2.4 faiz az, xarici investisiya 18.9 faiz yüksək olub.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Yeddi ay ərzində 986.5 min kv.metr sahəsi olan yaşayış evləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, obyektlər istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan 5413.6 milyon manat vəsaitin 3065 milyon manatından istifadə edilib.
İqtisadiyyat şöbəsi
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO