Ekopublika.az
Baş nazir qərar imzaladı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə
tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər
edilib.
Publika.az-ınməlumatına görə, baş naziri Artur Rasizadə qərarda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel
tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70,
№ 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11,
maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, №
8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9,
maddə 922; 2013, № 3, maddə 344) ilə təsdiq edilmiş "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş
pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə
ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilməsinə
imza atıb:
1. 4.1-ci bəndin birinci və üçüncü cümlələrində "mərkəzi məlumat
bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə
əvəz edilsin.
2. 4.1-ci bəndin ikinci cümləsində və 5.2-ci bənddə "mərkəzi
məlumat sisteminə" sözləri "mərkəzi informasiya sisteminə" sözləri
ilə əvəz edilsin.
3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi məlumat bazasının"
sözləri "mərkəzi informasiya sisteminin" sözləri ilə əvəz
edilsin.
4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş məlumat bazasında" sözləri
"mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
AzerTAc
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı