Ekopublika.az
Dövlət büdcəsinin gəlirləri proqnozdan çox olub
2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox olub, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, əlavə dəyər vergisi (ƏDV), gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib.
Publika.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O qeyd edib ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130 milyon manat məbləğində əməl olunmayıb.
Onun sözlərinə görə, hesabat ilində orta illik neft qiymətlərinin artımı fonunda Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert məbləğinə qənaət edilməsi səbəbindən neft sektoru üzrə gəlirlərin proqnozu kəsirlə icra edilib.
“Eyni zamanda, xüsusilə vurğulayım ki, 2021-ci ildə neft sektoru üzrə büdcə ödənişləri proqnozla yanaşı həm də 2019-2020-ci illərlə müqayisədə azalıb”, - deyə V.Gülməmmədov əlavə edib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.webp)
.png)










.jpg)
.jpg)