Ekopublika.az
Dövlət büdcəsilə bağlı qərar verildi
Nazirlər Kabineti 2015-ci il üzrə dövlət büdcəsinin və icmal
büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri, Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz
göstəricilərilə bağlı qərar çıxarıb. Publika.az xəbər verir ki,
qərarda deyilir:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik,
komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları
əsasında hazırladığı "Azərbaycan Respublikasının 2015-ci il üzrə
dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il
üçün icmal büdcənin göstəriciləri" və Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi "Azərbaycan
Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial
inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilsin.
2. Bu sənədlər və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası
Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Gülnar Əliyeva
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir

































