ABŞ-ın ən zənginləri bəlli oldu
Bizi izləyin

Ekopublika.az

ABŞ-ın ən zənginləri bəlli oldu

”Forbes” jurnalının açıqladığı ''ABŞ-ın ən zəngin 400 adamı'' siyahısında “Microsoft”un qurucusu Bill Qeyts 21-ci dəfədir ilk sırada yer alır.

Publika.az jurnala istinadən xəbər verir ki, Bill Qeytsin 81 milyard dollar sərvəti var. O, həyat yoldaşı Melinda Gates ilə yaratdığı ''Bill və Melinda Gates” vəqfinə 30 milyard dollar hədiyyə etməsinə baxmayaraq, ''ABŞ-ın ən zəngini'' titulunun ünvanını bu il də dəyişməyib.

Jurnalın siyahısına texnologiya dünyasından Qeytsdən başqa da adlar daxil edilib. Ümumiyyətlə, bu il 27 yeni zəngin həmin siyahıya düşüb. Onlar arasında 7,6 milyard dollarlıq sərvətiylə 62-ci sırada yer alan “WhatsApp”ın sahibi Jan Koum da var.

ABŞ-ın ən zənginləri siyahısında ikinci sırada 67 milyard dollar ilə Uorren Baffet, üçüncü sırada 50 milyard dollarla “Oracle”nin sahibi Larri Ellison yer alır. “Facebook”un qurucusu Mark Zükerberq isə 34 milyard dollar ilə 11-ci sıradadır. “Google”nin qurucuları Larry Peyc və Sergey Brin 31,5 milyard və 31 milyard dollarlıq sərvətləriylə 12 və 13-cü sıraları paylaşırlar.

“Amazon”un sahibi Ceff Bezos 30,5 milyard dollarla 15-ci, ”Microsoft”un sabiq rəhbəri Stev Bollmer 22,5 milyard dollarla 18-ci yerdədir.

Onu da qeyd edək ki, builki siyahıda adı qeyd edilən 400 nəfərdən 36-nın var-dövlətində azalma baş verib.

ABŞ-ın ən zənginlərinin onluğu belədir:

1- Bill Qeyts 81 milyard dollar. Sərvətinin qaynağı, “Microsoft”.

2- Uorrent Baffet, 67 milyard dollar. Sərvətinin qaynağı, “Berkshire Hathaway”.

3- Larri Ellison, 50 milyard dollar. Sərvətinin qaynağı “Oracle”.

4- Çarls Koç, 42 milyard dollar. Sərvətinin qaynağı müxtəlif şirkətlər.

5- David Koç, 42 milyard dollar. Sərvətinin qaynağı müxtəlif şirkətlər.

6- Kristi Uolton və ailəsi 38 milyard dollar. Sərvətinin qaynağı “Wall-Mart”.

7- Cim Uolton, 36 milyard dollar. Sərvətinin qaynağı, “Wall-Mart”.

8- Maykl Blumberq, 35 milyard dollar. Sərvətinin qaynağı “Bloomberg”.

9- Elis Uolton, 34,9 milyard dollar. Sərvətinin qaynağı, “Wal-Mart”.

10- S. Rabson Uolton, 34,8 milyard dollar. Sərvətinin qaynağı “Wal-Mart”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm