Ekopublika.az
Elmə, siyasi partiyalara, QHT-lərə ayrılan xərclər artırılıdı
“2015-ci il dövlət büdcəsi qaldırılan bir çox məslələrin həllini əhatə edəcək. Dövlət büdcəsində zəruri məsələlərin həlli istiqamətində maliyyə ayrılması ilə bağlı layihə hazırlanıb”.
Publika.az-ın məlumatına görə, bunu maliyyə naziri
Samir Şərifov parlamentdə çıxışı zamanı deyib. O bildirib ki,
deputatların təklifləri də nəzərə alınaraq bir neçə sahədə əlavə
vəsaitlər ayrılıb:
“2015-ci il dövlət büdcəsində elm xərcləri 8 milyon artırılıb.
2015-ci ildə elm xərcləri, beləliklə, 150,5 milyon manata çatacaq.
Bu da 2014-cü ilin göstəricisindən 3,6 milyon manat və ya 2,5 %
çoxdur. Siaysi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitlə
bağlı da danışmaq istəyirəm. 2014-cü ildə siyasi partiyalar ayrılan
vəsaitin 10% qənaət nəticəsində 250 min manatı bölüşdürülməmiş
qalmışdı. Bu məbləğ 2015-ci ildə siyasi partiyalar arasında tam
şəkildə bölüşdürüləcək”.
Maliyyə naziri qeyd edib ki, 2014-cü il dövlət büdcəsində QHT-lərə
əlavə vəsait 50 % artırılıb. Gələn il üçün isə təkliflər nəzərə
alaraq 650 min manat əlavə vəsaitin artırılması qərara alınıb:
“Bələdiyyələrə dotasiya ilə bağlı da təkliflər var idi. Hökümət
tərəfindən təhlillər aparılıb. Bələdiyyələrin gəlirlərinin icrası
qənaətbəxş deyil. Onların gəlirlərinin icrası 89% olub, amma orta
hesabla bunun 50-60% olduğu məlumdur. Ona görə də bələdiyyələrə
dövlət büdcəsindən vəsaitlərin ayrlılması deyil, gəlirlərin
artırılması digər şəraitlərin yaradılması nəzərdə tutulur.
Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və
icarəyə verilməsi ilə mümkün olur. Bələdiyyələr daha yaxşı imkanlar
yaradılmalıdır ki, onların gəlirləri artsın. Biz hesab edirik ki,
vergi məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyyələrin
maddi təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində
fiziki şəxslərin əmlak vergisindən 40 milyon manat əlavə vəsait
daxil olacaq”.
Samir Şərifov bildirib ki, Milli Məclisin xərclər smetası ilə bağlı
əlavə vəsaitin ayrılması təklifinə də baxılıb: “Milli Məclisə əlavə
olaraq 450 min manat vəsaitin artırılmasına qərar verilib”.
Qeyd edək ki, bununla da 2015-ci il dövlət büdcəsinin xərcləri
ümumilikdə 23 milyard 807 milyon manata çatıb.
İqtisadiyyat şöbəsi
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO