Ekopublika.az
Bakıda bu küçədəki obyektlər kütləvi şəkildə bağlanır
Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. İllər boyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırır? Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir?
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, obyektlərin üzərində "Kirayəyə verilir", "İcarəyə verilir" yazılıb, hətta hissə-hissə icarəyə təklif olunanı da var.
Sahibkarlar bildirdilər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb. Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstərdilər.
Səbəb kimi bazarda rəqabətin artması, digər ərazilərdə də belə mağazaların çoxaldığını deyənlər də oldu.
Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi. Bildirildi ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayır, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də mövqe öyrənilib. Bildirilib ki, AYNA tərəfindən Həsən Əliyev küçəsində "ASAN Xidmət" mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub. Küçənin digər hissələrində isə hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir.
İqtisadçı ekspertlər isə bildirirlər ki, həmin ərazidə icarə qiymətləri kifayət qədər yüksək olduğundan, mallar daha baha qiymətə təklif olunur. Alternativ bazarlarda isə qiymətlər daha ucuzdur. Bu da ərazidə ticarətin zəifləməsinə, sahibkarların dükanı bağlamasına səbəb olur.
-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı




































.png)