Ekopublika.az
Çin və Türkiyədən gələn karqolar niyə gecikir? - Video
Xaricdən sifariş edilən bağlamalarda gecikmələr yaşanır. Alıcılar onlayn alış-verişlərdə problemlərin yarandığını deyirlər.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar iddia edirlər ki, xüsusilə Çindən edilən sifarişlər 1 həftədən çoxdur ki, elə ilkin mərhələdə, hazırlanma prosesində qalıb. Həmin onlayn mağazadan isə alıcılara sifarişlərin çox olmasına görə gecikmələrin olduğu deyilib.
Bəs buna səbəb nədir?
Elektron ticarət üzrə mütəxəssislər deyirlər ki, alış-veriş zamanı müştərini cəlb etmək üçün 10 gün ərazində çatdırılma vəd edilir. Lakin bu müddət çox zaman 1 aya qədər çəkir.
Ekspertlərin sözlərinə görə, gecikmə çox zaman qeyri-iş, bayram və endirim günləri ilə bağlı olur. Məsələ ilə bağlı Azərbaycanda çatdırılma xidməti həyata keçirən karqo şirkətlərindən biri ilə də əlaqə saxladıq. Bildirildi ki, gecikmələrin səbəbi prosesin uzun çəkməsidir.
Ekspertlər belə olan halda müştərilərə sifariş verərkən gecikmə ola biləcəyini nəzərə almağı, bununla bağlı həmin şirkətin dəstək xidməti ilə əlaqə saxlamağı və çatdırılma ünvanı ilə şəxsi məlumatları dəqiqliklə təkrar gözdən keçirməyi məsləhət görürlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar









.jpg)






.jpg)






















