Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir - Dərhal təklif göndərdilər
Bizi izləyin

Avropa

Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir - Dərhal təklif göndərdilər

Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir -  Dərhal təklif göndərdilər

Serbiyada Aleksandr Vuçiçin partiyasının növbədənkənar parlament seçkilərində “Tələbə Siyahısı” hərəkatına məğlub olması Avropa İttifaqında böyük sevinclə qarşılanıb.

Publika.az
xəbər verir ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Serbiyada yeni hökuməti quracaq “Tələbə Siyahısı”na birlikdə işləməyi təkif edib.

“Əziz Serbiya, səsinizi eşitdirdiniz. Qələbə münasibətilə “Tələbə Siyahısı”nı təbrik edirik. Bunlar Avropa Birliyimizin mərkəzində duran dəyərlərdir. Serbiya üçün yeni bir fəsil başlaya bilər. Aİ-yə qapı açıqdır və biz birlikdə irəliləməyə hazırıq”, - o deyib.

Qeyd edək ki, “Tələbə Siyahısı” 52,9 faiz səslə parlamentdə 250 yerdən 141-ni əldə edib. Bu, çoxluq üçün lazım olan 126 yerdən kifayət qədər artıqdır. Vuçiçin partiyası isə 38,8 faiz səslə 103 yer qazanıb. Qalan 6 yeri isə dörd milli azlıq partiyası əldə edəcək.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm