Ekopublika.az
Qarşıdakı aylarda neftin qiyməti necə dəyişəcək?
ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb. Hindistanın neft emalı zavodları ilin sonuna kimi Rusiyadan neft idxalını kəskin şəkildə azaldacaqlar.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Hindistanın ən böyük “Reilance Industries” şirkəti Rusiyadan neft almağı tamamilə dayandırmağı planlaşdırıb.
Rusiya neft istehsalının 40 faizi “Rosneft”in, 15 faizi isə “Lukoil”in üzərinə düşdüyü üçün sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Sanksiyalar adı yuxarıda göstərilən şirkətlərin 34 törəmə şirkətinə də şamil edilib ki, bu da istehsal ilə yanaşı neftin nəqlini, barterini və satışını da məhdudlaşdırıb.
“The Guardian” yazır ki, ABŞ-ın Rusiyanın iki neft nəhənginə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bp və “Shell” şirkətlərinin səhmlərinin qiyməti 3 faiz artıb. Həmin şirkətlər dünya bazarına çıxarılan neftin həcmini artıraraq, Rusiya şirkətlərinin bazardakı payını əldə edəcəklər. Bu isə qiymətin sabit qalacağını deməyə əsas verir.
Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin eksperti İqor Uşakov bildirib ki, Asiyanın iri neft idxalçıları sanksiyalardan ehtiyat edərək bu ölkədən neft ala bilməyəcəklər. Ona görə də Rusiya neft satmaq üçün daha çətin yollar və sxemlər axtarıb tapmalıdır. Onun fikrincə sanksiyalardan sonra şimal qonşumuzun neft ixracatçılarının gəlirləri kəskin şəkildə azalacaq.
Beynəlxalq Enerji Agentliyinin açıqlamasında vurğulanıb ki, 2025-ci ilin sonuna kimi və 2026-cı ildə dünya bazarında neftin qiyməti 60-65 dollar səviyyəsində olacaq.
Hazırda neftin qiymətinin tez-tez dəyişməsi iqtisadi deyil, geosiyasi amillərlə əlaqədardır. Geosiyasi vəziyyətin də dəyişməyəcəyini istisna etmək olmaz.
ABŞ Prezidenti Donald Trampın Rusiyanın 2 nəhəng neft şirkətinə qarşı sanksiyalar tətbiq etməsi rəsmi Moskvanın Ukraynada apardığı müharibəni dayandırmasına hesablanıb. D. Trampın bu addımı bazarın dəyişməz olan tələb və təklif qanununa toxunub. Tələb yerində qalsa da təklif azalıb ki, bunun da nəticəsində dünya bazarında neftin qiyməti bahalaşıb.
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji30 Avqust 16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya30 Avqust 15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi














.jpg)























.jpg)
