Ekopublika.az
Azərbaycanda gələn il Aİ-95 benzini istehsal olunmayacaq - Qiymət arta bilər?
2024-cü ilin iyul ayında Azərbaycanda "Avro-5" keyfiyyət göstəricilərinə uyğun olaraq Aİ-95 markalı avtomobil benzininin istehsalına başlanıldı. Bu səbəbdən həmin ilin 15 iyul tarixində Aİ-95 benzininin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik oldu. Həmin vaxta qədər Azərbaycan Aİ-95 benzinini yalnız xarici ölkələrdən idxal edirdi. Qiymət də daha baha idi.
Bu gün yayılan məlumatlara görə, növbəti il Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsalı planlaşdırılmır. Sözügedən addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.
Bəs görəsən, Azərbaycanda daxili istehsal dayandırılsa, Aİ-95 benzininin qiyməti bahalaşa bilərmi?
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Aİ-95 markalı benzin yalnız xaricdən idxal edilsə, bu, neftin qiymətindən asılı olacaq:
“Neftin qiymətində artım olsa, Aİ-95 benzininin qiyməti də arta bilər. Bizim ölkəmizdən fərqli olaraq, idxal həyata keçirdiyimiz ölkələrdə benzinin qiyməti neftin qiyməti ilə birbaşa bağlıdır. Yəni, həmin ölkələrdə neftin qiyməti artanda benzin bahalaşır, neft ucuzlaşanda benzinin qiyməti aşağı düşür.
Buna görə də, 2026-cı ildə Aİ-95 markalı benzinin qiymətində artımın olacağını gözləmirəm. Çünki, gələn il neftin qiymətində də artım gözlənilmir. Artım olsa belə, bu, simvolik xarakter daşıya bilər.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Venesuela ilə bağlı apardığı siyasət nəticəsində həmin ölkənin neftinin beynəlxalq bazarlara çıxması şansı yaranacaq. Belə olacağı təqdirdə, neft qiymətlərində bir qədər eniş də baş verə bilər”, - deyə E.Əmirov əlavə edib.
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?









.jpg)




.webp)



.jpg)



















